11.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 11.11.2022 -ci il tarixində 12 Noyabr Konstitusiya günü münasibətilə “Konstitusiya xalqa xidmət edir” başlığı altında söhbət keçirildi. Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq tədbirdə iştirak edən C.Cabbarlı adına 6№-li tam orta məktəbin bir qrup müəllim və şagirdlərini Konstitusiya günü münasibətilə təbrik etdi. O. Konustitusiya gününün qeyd olunmasının tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olub, burada bütün ali hüquqlar qorunur . Daha sonra bu günün əhəmiyyətindən bəhs edərək, dövlət atributlarına hörmətin vacibliyini vurğuladı. Sonda şagirdlərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edildi.